Bank Of Baku

“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edilib

müsabiqə

© APA | müsabiqə

# 10 fevral 2022 17:25 (UTC +04:00)

Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edib.

Bu barədə APA-ya nazirlikdən xəbər verilib.

Qeyd olunub ki, müsabiqəyə yalnız aşağıdakı şərtlər daxilində qatılmaq olar:

- Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
- Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
- Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
- Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
- Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
- Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
- İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini [email protected] ünvanına göndərməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR