Bank Of Baku

Türk Dünyası Yazarlar Qurultayında ortaq ünsiyyət dilinin yaradılması müzakirə edilib

Türk Dünyası Yazarlar Qurultayında ortaq ünsiyyət dilinin yaradılması müzakirə edilib
# 07 noyabr 2023 15:25 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Ankara Milli Kitabxanasında 5-ci Türk Dünyası Yazarlar Qurultayı keçirilir.

APA xəbər verir ki, Kulis.az-ın baş redaktoru, şair Ulucay Akif qurultayla bağlı təəssüratlarını bölüşüb.

“Ümidverici qurultay oldu. Mövcud problemlərin həlli üçün təkliflər verildi. Əsas məsələlərdən biri ortaq ünsiyyət dilinin yaradılması idi", - o deyib.

Ulucay Akifin sözlərinə görə, qurultayda tərcümə və müəlliflik hüququ məsələsinə də toxunulub:

"Mənim də iki təklifim müzakirə olundu. Bir təklifim türk xalqlarının vahid tərcümə mərkəzinin yaradılması, digər təklifim isə ortaq ədəbiyyat və mədəniyyət saytnın təşkil olunması ilə bağlı idi. Yəqin ki, müzakirə edilən tərcümə və müəlliflik hüququ ilə bağlı problemlər tezliklə həll olunacaq.”.

Qeyd edək ki, qurultayda 20 ölkədən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR