Bank Of Baku

Türkiyə səfirliyi Moskvadakı “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edib

Türkiyə səfirliyi Moskvadakı “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edib
# 22 dekabr 2022 13:41 (UTC +04:00)

Türkiyənin Rusiya Federasiyasındakı səfirliyi Xalq Təsərrüfatı Naziliyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, səfirlik Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Nəşr və Kitabxanalar Departamentinin həyata keçirdiyi TEDA layihəsi çərçivəsində Türkiyənin tanınmış müəlliflərinin Azərbaycan dilinə tərcümə olunmuş kitablarını pavilyona hədiyyə edib.

Türkiyənin Rusiya səfirliyinin mədəniyyət və turizm attaşesi İlker Özkan Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu qeyd edib: “Biz “Azərbaycan“ pavilyonuna böyük heyranlıqla baxdıq. Fəxr edirik ki, türkiyəli müəlliflərin mühüm kitablarını Azərbaycan pavilyonunun kitabxanasına hədiyyə etmək imkanımız var”.

Pavilyon direktoru Səadat Kadırova Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Bildirib ki, türkiyəli Türkiyə səfirliyinin “Azərbaycan” pavilyonuna səfəri dostluq əlaqələrimizi daha da möhkəmləndirir:

“Bu gün Türkiyə səfirliyi məşhur türk yazarlarının Azərbaycan dilinə tərcümə olunmuş kitablarını pavilyonumuza hədiyyə edib. Mənə elə gəlir ki, bu cür aksiya sözsüz ki, faydalıdır. Qonaqlarımızın “Azərbaycan” pavilyonuna necə heyran olduqlarını görmək çox xoş idi. Pavilyonun VDNX-nın əsl incisinə çevrilməsi üçün hər şeyi edən Heydər Əliyev Fonduna bir daha minnətdarlığımı bildirirəm. Türkiyə Azərbaycanın əsas müttəfiqidir və biz qardaş ölkənin dəstəyini yüksək qiymətləndiririk”, - deyə Kadırova vurğulayıb.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Nəşr və Kitabxanalar Departamenti uzun illərdir ki, TEDA layihəsini həyata keçirir. Bu layihə çərçivəsində xarici mütəxəssislərə yaşadıqları ölkələrdə türk ədəbiyyatının ana dilinə tərcüməsi üçün maliyyə dəstəyi verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR