“Ulduz” jurnalının növbəti sayı çapdan çıxıb.
APA xəbər verir ki, “Ulduz” jurnalının aprel sayında Xanım Anelanın “Özüylə söhbəti...” və hekayələri ilə açılır.
“Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Üç hekayəyə bir baxış” yazısı, xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiqəsinin qalibləri, “Şeir vaxtı”nda Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərin şeirləri, “Nəsr”də isə Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli və Xatirə Salahzadənin hekayələri işıq üzü görüb.
“Tərcümə saatı”nda Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl-Şəlahın şeirləri, “Müsahibə” rubrikasında Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət”i,
“Esse”də Sadiq Qarayevin “Düzülüş və mövcudluq” essesi, şairə Fərqanə Mehdiyevanın yaradıcılığı barədə filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadənin “Adiliyin poeziyası və ya poetik düşüncənin bənzərsizliyi” yazısı, “Dərgidə kitab”da isə Xəyal Rzanın şeirləri təqdim olunur.
“Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlarla da tanış olmaq mümkündür.