UNEC kollektivi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə videoçarx hazırlayıb.
UNEC-dən APA-ya verilən məlumata görə, videoçarxda müəllim, əməkdaş və tələbələr dahi şairin “Sənsiz” şeirini 8 dildə - azərbaycan, türk, alman, fransız, ispan, rus, ingilis, ərəb dillərində səsləndiriblər.