Bank Of Baku

Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evə buraxılıb

Xalq şairi Nəriman Həsənzadə

© APA | Xalq şairi Nəriman Həsənzadə

# 31 dekabr 2025 13:36 (UTC +04:00)

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə buraxılıb.

Bu barədə APA-ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.

" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR