Xocalı faciəsindən yazan Amerika yazıçısı Tomas Qoltz vəfat edib

Xocalı faciəsindən yazan Amerika yazıçısı Tomas Qoltz vəfat edib
# 29 iyul 2023 11:36 (UTC +04:00)

Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qoltz vəfat edib.

APA xəbər verir ki, o, bu gün 68 yaşında dünyasını dəyişib.

Tomas Qoltz 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. 1985-ci ildə Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib. O, uzun müddət Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

Tanınmış yazıçı, jurnaslist 1991-cı ildə Azərbaycana da səfər edib. Tomas Qoltz bu zaman Naxçıvanda olan Heydər Əliyevlə görüşüb. Onun Xocalı faciəsindən bəhs olunan “Azərbaycan Gündəliyi” kitabı da var.

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR