“NBC Bank”ın rəhbərliyində dəyişiklik olub

 “NBC Bank”ın rəhbərliyində dəyişiklik olub
# 06 oktyabr 2016 15:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “NBC Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Kazım Zeynalov İdarə Heyətinin sədr müavini təyin edilib. Qeyd edək ki, buna qədər K. Zeynalov bankın risklərin idarə olunması departamentinin müdiri olub.

Xatırladaq ki, K.Zeynalovdan əvvəl bankın İdarə Heyətinin sədr müavini Elçin Məmmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR