Əli Əhmədov: "Seçkilər çox uğurla keçib və bütün demokratik prinsiplərə əsaslanıb" - VİDEO

Əli Əhmədov: "Seçkilər çox uğurla keçib və bütün demokratik prinsiplərə əsaslanıb" - <span style="color: red;">VİDEO
# 01 noyabr 2015 18:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. "Bəzi xırda nöqsanlar nəzərə alınmamaqla, seçki çox uğurla keçib və bütün demokratik prinsiplərə əsaslanıb".

APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkiyə 117 namizədlə qatılsa da, sonradan 2 nəfər namizədliyini geri görüb və 115 nəfərlə seçkidə iştirak edib: “Biz hesab edirik ki, Yeni Azərbaycan Partiyasının seçkidə böyük nəticə ilə qələbə qazanmaq şansı çoxdur. Biz 2010-cu ildəki seçkilərdə 71 yer əldə etmişdik. Güman edirəm ki, bu il də o qədər yer əldə edə bilərik. Bunun üçün əsaslar var. Çünki partiyamızın sədri cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edib. Azərbaycan xalqının sosial rifahı gündən-günə artır. Bu da onu göstərir ki, xalqın bizim partiyaya etimadı güclüdür”.

Ə. Əhmədov onu bildirib ki, YAP yenə də parlamentdə ən çox yerə sahib olan partiya mövqeyini qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR