Lənkəranda 3 yaşlı uşağı maşın vurub

Lənkəranda 3 yaşlı uşağı maşın vurub
# 14 noyabr 2016 10:19 (UTC +04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub. Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR