Bu gün yeni nəqliyyat dəhlizinin yaradılmasına dair ilk toplantı keçiriləcək

Bu gün yeni nəqliyyat dəhlizinin yaradılmasına dair ilk toplantı keçiriləcək
# 04 mart 2019 10:15 (UTC +04:00)

Bu gün Rumıniyanın paytaxtı Buxarestə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin iştirakı ilə toplantı keçiriləcək.

ONA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov da iclasa qatılacaq.

Toplantının məqsədi yeni yaradılacaq nəqliyyat dəhlizinə dair müzakirələr aparmaqdır.

Bu, "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə keçiriləcək ilk görüş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR