Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,07% və ya 2,03 dollar azalaraq 64,11 dollar olub.