Şəkidə 34 yaşlı qadını ilan sancıb

Şəkidə 34 yaşlı qadını ilan sancıb
# 10 iyun 2015 20:25 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 34 yaşlı qadını ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Zunud kəndində qeydə alınıb.

Zunud kənd sakini, 1981-ci il təvəllüdlü Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən onun sağ ayağının bud nahiyəsindən ilan sancıb. 34 yaşlı Həvva İsmayılova təcili Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan APA-ya verilən məlumata görə, Həvva İsmayılova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-sağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR