“Unibank” manatla kreditləşməni bərpa edib

“Unibank” manatla kreditləşməni bərpa edib
# 12 iyun 2015 10:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” manatla kreditləri bərpa edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, peşəsindən asılı olmayaraq, 20 -71 yaş arası Azərbaycan vətəndaşları “Unibank”a müraciət etməklə, 5000 manatadək nağd krediti 24 ayadək müddətə götürə bilər. Bunun üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənədi (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) banka təqdim etməlidir.

“Ölkənin qabaqcıl banklarından biri olan Unibank-ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. “Unibank” həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR