Sabiq səfir: “Ermənilər üçün 24 aprel ilə 25 aprel arasında heç bir ciddi fərq olmadı”

Sabiq səfir: “Ermənilər üçün 24 aprel ilə 25 aprel arasında heç bir ciddi fərq olmadı”
# 05 may 2015 15:58 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) Erməni Araşdırmaları Mərkəzinin keçmiş direktoru, “erməni məsələsi” ilə bağlı Türkiyədə çıxan yeganə ingiliscə dərgi olan “Revew of the Armenian studies”in baş redaktoru, istefada olan fövqəladə və səlahiyyətli səfir Ömər Lütəm deyib.

“Ermənilər uzun müddətdən bəri 24 aprelə hazırlaşırdılar. İstədiklərini əldə edə bildilərmi” sualına sabiq səfir belə cavab verib:

“Ermənilər qondarma “soyqırım”ın 100-cü ilinə uzun müddətdən bəri hazırlaşırdılar. Bir çox ölkəyə müraciət etmələrinə baxmayaraq, 24 apreldəki mərasimdə iştirak etmək üçün İrəvana 4 dövlət başçısı getdi ki, bunlardan ikisi Rusiya və Fransa oldu. Mən Fransa prezidenti Fransua Olandı anlaya bilmirəm. Bilirsiniz ki, 24 apreldə Çanaqqala quru və dəniz savaşlarının 100-cü il mərasimləri də keçirildi. Çanaqqaladakı savaşlarda 10 min fransız əsgəri ölüb, 30 min əsgər yaralanıb, oradakı fransız ordusunun komandanı yaralanaraq, qolunu itirib. Əslində 24 apreldə Olland Çanaqqalada ölən fransız əsgərlərinin xatirəsini yad etmək üçün orada olmalıydı, ancaq İrəvana getməyə üstünlük verdi ki, mənə görə bu, fransız əsgərlərinin xatirəsinə böyük sayğısızlıq idi. Ermənilərin 24 apreldə keçirdikləri tədbirlər ciddi təsir yarada bilmədi. Bəlkə dünya ölkələri onların iddialarını 24 apreldə bir az daha çox eşitdi, ancaq iddiaların bir az çox eşidilməsi ilə nəsə əldə etmək mümkün deyil. Ona görə bundan sonrakı dönəmdə də iddiaları daha çox dilə gətirməklə ermənilərin nəsə əldə edəcəyini düşünmək məsələlərdən xəbərdar olmamaqdır. 24 apreldən sonra ermənilərin Türkiyədən torpaq və təzminat tələblərini gücləndirəcəyini düşünmək ciddi iş olmaz. Əslində ermənilər 24 aprel ilə 25 aprel arasında özləri üçün ciddi bir fərq olmadığını gördülər. Bundan sonra da Türkiyə əleyhinə aparacaqları təbliğatlarla maddi olaraq heç nə əldə edə bilməyəcəklərini görməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR