AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib
# 25 iyun 2015 08:49 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR