Ağdamda ötən gün vurulan piyada xəstəxanada keçinib

Ağdamda ötən gün vurulan piyada xəstəxanada keçinib
# 28 yanvar 2018 19:12 (UTC +04:00)

Ötən gün Ağdamda avtomaşınla vurulan 68 yaşlı piyada xəstəxanada həyatını itirib. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq Həsənli Tariyel Bərdə Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Qeyd edək ki, yanvarın 27-də Ağdamda minik avtomobili yolu keçən T.Həsənlini vurub. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR