Azərbaycan Ukraynaya 1,3 mln. ton neft nəql edəcək

Azərbaycan Ukraynaya 1,3 mln. ton neft nəql edəcək
# 03 noyabr 2016 07:55 (UTC +04:00)

"Ukrtransnaft" və "Ukrtatnafta" Azərbaycan neftinin "Kremençuq" neft emalı zavoduna nəql olunması ilə bağlı niyyət protokolu imzalayıb.

"APA-Economics" xəbər verir ki, sənənə əsasən zavoda il ərzində 1,3 mln. ton neft nəql olunacaq. Nəql 2017-ci ildən etibarən baş tutacaq.

"Ukrtatnafta" bildirir ki, 2017-2019-ci illərdə "Odessa"-Kremençuq neft emalı zavodu marşrutu "Azeri Light" markalı neftin nəqlinə hazırdır.

"Ukrtransnafta" isə qeyd edir ki, neft kəmərinin texniki göstəriciləri qeyd edilən həcmdə neftin nəqlinə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR