KİV: Avropa ölkələri Yunanıstanı Avrozonadan çıxarmaq niyyətindədir

KİV: Avropa ölkələri Yunanıstanı Avrozonadan çıxarmaq niyyətindədir
# 10 aprel 2015 15:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avrozonaya daxil olan ölkələr Yunanıstanın bu məkandan çıxarılması ilə bağlı plan hazırlayırlar.

APA-Economics” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Nəşr bununla bağlı Finlandiyanın Maliyyə Nazirliyinin müvafiq sənədini əldə edib.

Sənəddə qeyd olunub ki, indi olduqca çətin siyasi qərarlar müzakirə olunur.

“Avrozonaya daxil olan digər ölkələrin səssiz razılığına əsasən, başlayan proses Yunanıstanın Avropa məkanından çıxarılmasına gətirib çıxara bilər”, - deyə sənəddə vurğulanıb.

Aprelin 9-da Yunanıstan Beynəlxalq Valyuta Fonduna 450 mln. avro məbləğində köçürmə edib. Mayın 12-də rəsmi Afina daha 763 mln. avro vəsait geri qaytarmalıdır. Bunun üçün yunanlar 7,2 mlrd. avro məbləğində kreditin bərpasına nail olmaq üçün avropalı kredit təşkilatları ilə aparılacaq iqtisadi islahatları razılaşdırmalıdır.

Qeyd edək ki, Yunanıstan Avropa İttifaqı və Avropa Mərkəzi Bankı tərəfindən yenidən maliyyələşdirilmənin ləngiməsi səbəbindən mürəkkəb maliyyə vəziyyətinə düçar olub. Ləngimə tərəflərin Yunanıstana yardım proqramı ilə bağlı məsələləri qəti olaraq nizamlaya bilməməsi ilə bağlıdır. Brüsseldə iqtisadiyyatda sərt tədbirlərin görülməsini vacib sayırlar. Rəsmi Afina isə onların tələb etdiyi bütün tədbirləri həyata keçirməyə hazır deyil. Qeyd edək ki, Yunanıstanın kreditorlar qarşısında ümumi borcu 320 mlrd. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR