Palata: Bank sektoru mənfəətliliyini qoruyur

Palata: Bank sektoru mənfəətliliyini qoruyur
# 07 sentyabr 2017 12:22 (UTC +04:00)

2017-ci il avqustun 1-nə bank sektorunun xalis mənfəəti 216,8 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, iyulda bankların faiz gəlirləri 1 mlrd. 145,6 mln. manat, faiz xərcləri isə 559,1 mln. manat olub. Qeyd edək ki, banklar iyulda kreditlər üzrə faizlərdən 845,5 mln. manat əldə edib.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 297,3 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR