Mübariz Qurbanlı Gürcüstan səfiri ilə görüşüb
19 iyun 2017 11:40 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 19-da Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla, 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini xatırladan Komitə sədri müsəlman dini icmalarla yanaşı qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.
T. Şaraşenidze Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir iki ölkə arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanılmasının və inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir Komitə sədrini və əməkdaşlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024