Con Kerri və Sergey Lavrov arasında telefon danışığı olub

Con Kerri və Sergey Lavrov arasında telefon danışığı olub
# 23 may 2015 00:18 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.

“Con Kerri Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkib. Xarici siyasət idarələrinin başçıları həm də ikitərəfli münasibətlərə toxunublar. Bundan başqa, diplomatlar Suriyada, Yəməndə vəziyyətin nizama salınmasını və Atlantik Şurasının iclasının nəticələrini müzakirə ediblər”, deyə M.Harf bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR