® ETİ Uşaq Teatrı Bakıda tamaşa nümayiş etdirib

<font color=red>® </font>ETİ Uşaq Teatrı Bakıda tamaşa nümayiş etdirib
# 07 noyabr 2014 12:56 (UTC +04:00)

Bakı-APA. ETİ-nin 14 ildir davam edən və bu günə qədər 1,6 milyona yaxın şagirdi əhatə edən sosial məsuliyyət layihəsi ETİ Uşaq Teatrı Bakıda xüsusi tamaşa göstərib. APA-nın xəbərinə görə, 14 il ərzində Türkiyəni 8, Kipri 6 dəfə dolaşaraq 2,6 mindən çox pulsuz tamaşa oynayan ETİ Uşaq Teatrı Kipr və Makedoniyanın paytaxtı Skopyedən başladığı xarici səfərlərini Bakıda davam etdirərək uşaqların görüşünə gəlib.

Sosial məsuliyyət anlayışını müxtəlif ölkələrdə populyarlaşdırdıqlarını bildirən ETİ Qida İdarəetmə Şurasının sədri Firuzhan Kanatlı teatrın xarici səfərləri haqqında məlumat verib: “Dəfələrlə Türkiyəni dolaşmış ETİ Uşaq Teatrının artıq öz qabına sığmadığını hiss etdik və Türkiyə xaricindəki uşaqlarımızla da görüşmək qərarına gəldik. Bu məqsədlə 2010-cu ildə ETİ Uşaq Teatrı öz marşrutunu türkcə danışan uşaqların çoxluq təşkil etdiyi ölkələrə doğru dəyişdi, öncə Kiprə, sonra Skopyeyə, indisə Azərbaycana gəlib çıxdı. Bakıda olmağın həyəcanını yaşayırıq. Bu gün Bakıda 2 tamaşa göstəriləcək və bu tamaşalarda 650 uşaq teatrla görüşməyin həyəcanını yaşayacaq”.

Bakıda gerçəkləşən ETİ Uşaq Teatrının xüsusi tamaşasına Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, ETİ Qida İdarəetmə Şurasının sədri Firuzhan Kanatlı, ETİ Qida İdarəetmə Şurasının üzvü Gülden Kanatlı Debrbil və ETİ Qida İcra Şurasının sədri Hakan Polatoğlu qatılıblar.

ETİ Qida İdarəetmə Şurasının sədri Firuzhan Kanatlı ETİ Uşaq Teatrının Bakı tamaşasını izlədikləri üçün çox xoşbəxt olduqlarını və qürur duyduqlarını bildirib: “ETİ Qida olaraq təməl fəlsəfəmiz toplumdan aldığımızı topluma geri vermək üzərində qurulub. Bu prinsipdən çıxış edərək, 14 il əvvəl ETİ Uşaq Teatrını qurduq. Bu günə qədər Türkiyənin hər bir nöqtəsində olmuş teatrımızın uşaqların teatr mədəniyyəti vasitəsilə dialoq qurmalarına yardım etdiyini, onların sosiallaşmasına töhfə verdiyini düşünürük. Əyləndirməklə yanaşı, pedaqoqların rəhbərliyi ilə qurulmuş maarifləndirici oyunların uşaqlarımızın fərdi keyfiyyətlərinin inkişaf etməsinə müsbət təsirini görmək bizim qürur və xoşbəxtlik qaynağımıza çevrilib”.

Çıxışında ETİ Uşaq Teatrının 2014 hədəflərinə yer verən Gülden Kanatlı Derbil mövsümün tamaşası “Kral çılpaq”la bütün Türkiyəni qarış-qarış gəzəcəklərini bildirdi: “ETİ Uşaq Teatrı sayəsində Türkiyədə 5-14 yaş arasındakı hər 8 uşaqdan biri teatrla tanış olub. 2014-2015 tədris ilində bir dünya klassikası olan “Kral çılpaq” tamaşası ilə Türkiyənin 45 bölgəsində təxminən 120 min uşaqla görüşməyi planlaşdırırıq”.

ETİ-nin bir çox sosial məsuliyyət layihəsi gerçəkləşdirdiyini xatırladan Firuzhan Kanatlı ETİ Uşaq teatrının 14 illik tarixilə ilk layihələri olduğunu vurğulayıb: “Hakkaridən Edirneyə, Lefkoşadan Skopyeyə və Bakıya qədər dünyanın fərqli yerlərində tamaşalarımızı izləyən hər bir uşağa eyni duyğuları yaşatmaq, onların sosial və mədəni inkişafına dəstək vermək layihənin davam etməsi üçün bizi daha da həvəsləndirir. Buna görə də, ETİ Uşaq Teatrına qoyduğumuz sərmayəyə 14 ildir ara vermirik və bundan sonra da sərmayə qoymağa davam edəcəyik”.

ETİ Uşaq Teatrının gələcək planları barədə məlumat verən Gülden Kanatlı Derbilin sözlərinə görə, sosial məsuliyyət layihələri ilə topluma borclarını geri vermək və bu sahədə lider olmaq məqsədilə fəaliyyət göstərirlər: “Məqsədimiz uzunmüddətli və həyata keçirilə bilən layihələrlə toplumun bütün sahələri üçün faydalı olmaqdır. Bu prinsipdən yola çıxan ETİ gələcəyimizin memarı olan uşaqlarımıza yatırım qoymağı özünün başlıca vəzifəsi hesab edir. Mədəni inkişaf və təhsil mövzulu layihələrlə milyonlarla uşağın dünyagörüşünü genişləndirdiyimizə, ölkəmizin parlaq gələcəyinə yatırım qoyduğumuza ürəkdən inanırıq. Sevgi, dostluq və sülh mövzularını işləyərək uşaqlarımızın duyğusal inkişafına önəmli töhfə verdiyimizi bilmək bizim üçün böyük sevincdir. Bu gün Bakıda olan ETİ Uşaq Teatrını bundan sonra müxtəlif ölkələrdə yaşayan türk uşaqlarla da tanış etməyi düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR