İraqda törədilən terror aktı nəticəsində polis generalı həlak olub, 9 nəfər yaralanıb

İraqda törədilən terror aktı nəticəsində polis generalı həlak olub, 9 nəfər yaralanıb
# 07 noyabr 2014 21:20 (UTC +04:00)

Bakı – APA. İraqın şimalındakı Bayci şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində polis general-mayoru həlak olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə noyabrın 7-də Livanın “Daily Star” qəzeti yazıb.

İnsident zamanı 9 polis əməkdaşı yaralanıb. Nəşrin qeyd etdiyinə görə, Baycidə İraq təhlükəsizlik qüvvələri və “İŞİD” qruplaşmasının silahlıları arasında döyüşlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR