İordan çayının Qərb sahilində İsrail hərbiçiləri ilə toqquşmalarda 200 fələstinli xəsarət alıb

İordan çayının Qərb sahilində İsrail hərbiçiləri ilə toqquşmalarda 200  fələstinli xəsarət alıb
# 11 noyabr 2015 23:18 (UTC +04:00)

Bakı-APA. İordaniya çayının Qərb sahilində fələstinlilərin Yasir Ərəfatın vəfat günü ilə əlaqədar nümayişində İsrail əsgərləri ilə münaqişə yaşanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərinə görə, toqquşma nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

Fələstin səhiyyə nazirliyinin məlumatına əsasən, 30 nəfər müxtəlif növ silahlardan açılan atəş nəticəsində, 85 nəfər rezin güllələrdən xəsarət alıb, daha 100-ə yaxın etirazçı isə gözyaşardıcı qazdan zəhərlənib.

Noyabrın 11-də İordan çayının Qərb sahilində Fələstin milli muxtariyyətinin ilk lideri, Nobel Sülh mükafatı laureatı Yasir Ərəfatın ölüm gününü qeyd ediblər. Xatırladaq ki, Yasir Ərəfat 2004-cü ildə Parisdə hərbi hospitalda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR