Bakıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - VİDEO

Bakıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 22 iyun 2014 08:56 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 08.30 radələrində Bakı-Ələt yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Ramin Kamal oğlu Möhlətovun idarə etdiyi “VAZ-21015” markalı maşın sürücüsünün adı hələlik müəyyənləşməyən “Toyota Prado” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü və onun idarə etdiyi avtomobildə olan sərnişinlər - Röyal Dadaşov və Fuad Quliyev hadisə yerində ölüb.

Qəza nəticəsində xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR