Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda informasiya-telekommunikasiya ilinin yekunları və Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerispace-1»in fəaliyyətə başlamasının bir ilinin yekunlarına dair tədbir keçirilib.
«APA-Economics»in məlumatına görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov geyd edib ki, qarşıdakı 8 il ərzində internetin tutum sahəsini 4 dəfə genişləndirilməsi nəzərdə tutulub: «Yaxın 3 il ərzində isə ölkənin regionlarında internetin sürəti 20 Mbit/saniyə, Bakıda və digər şəhərlərdə isə 100 Mbit/saniyəyə çatdırılacaq».
Nazir deyib ki, hazırda Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 417 xidmətin yarısı elektron formada əhaliyə təqdim olunur və 2020-ci ilə qədər bu, 100%-ə çatdırılacaq. Bundan başqa, 2020-ci ilə qədər Azərbaycanın elektron məhsullar ixrac edən ölkəyə çevrilməsi planlaşdırır. Azərbaycanda Data mərkəzlərinin yaradılması və qonşu ölkələrə İKT xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Ə.Abbasov həmçinin Azərbaycanda internetin olduqca əlçatan və sərbəst olduğunu vurğulayıb. O qeyd edib ki, ölkədə olan internet sərbəstliyi heç bir region ölkəsində yoxdur.
Yaxın 8 ildə Azərbaycanda internetin tutum sahəsi 4 dəfə genişləndiriləcək - FOTOSESSİYA
08 fevral 2014 09:10 (UTC +04:00)
İnfrastruktur
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
11:52
3 may 2024