"Magistraturaya ixtisas seçiminin nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir".
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək. Magistr təhsili mühüm təhsil pilləsidir və bakalavr təhsilindən sonra insanın gələcək karyerası üçün taleyüklü mərhələ olmalıdır. Magistratura sadəcə vaxt keçirmək və ya haradasa işləmək üçün diplom əldə etmək məqsədi daşımamalıdır".