Bank Of Baku

I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb

I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
# 19 iyun 2026 17:40 (UTC +04:00)

2025-2026-cı tədris ilində I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 38.37%-i 200-dən az bal toplayıb.

APA xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Məlumata görə, qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0–200, 200–300, 300–500 və 500–700 bal intervalları üzrə ənənəvi "2", "3", "4" və "5" qiymətləri ilə müqayisə edilib.

Belə ki, ötən il abituriyentlərin 38,4 faizi şərti olaraq "2", 21,8 faizi "3", 28,4 faizi "4", 11,5 faizi isə "5" qiymətinə uyğun nəticə göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR