Paşha Bank
Bank Of Baku

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
# 02 oktyabr 2026 17:29 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirlib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 19 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd olunub ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR