Paşha Bank
Bank Of Baku

Güllü Tomarlı: Dini dəyərlərin siyasi məqsədlər üçün istifadəsi cəhdlərinə yol verilməməlidir

“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Tomarlı

© APA | “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Tomarlı

# 12 oktyabr 2026 09:23 (UTC +04:00)

“Məktəblərdə vahid geyim qaydalarına əməl olunması təhsil mühitində nizam-intizamın, bərabərliyin və dünyəvilik prinsipinin qorunmasına xidmət edir”.

APA xəbər verir ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Tomarlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası dövlətin dünyəvi xarakterini təmin edir və bu prinsip milli dövlətçilik ənənələrimizin əsas dayaqlarından biridir.

“Dini dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, onların siyasi məqsədlər üçün istifadəsinə və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinə yol verilməməlidir. Xaricdən yönləndirilən təxribat xarakterli çağırışlara qarşı hər bir vətəndaş ayıq-sayıq olmalı, qanunlara və milli maraqlara söykənən mövqe nümayiş etdirməlidir. Milli həmrəyliyin, qanunun aliliyinin və dünyəvi dövlətçilik prinsiplərinin qorunması Azərbaycanın sabitliyi və gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”, - Güllü Tomarlı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR