Bank Of Baku

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilir
# 04 iyun 2024 16:36 (UTC +04:00)

Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun və oktyabr aylarında “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək.

Nazirlikdən APA-ya verilən xəbərə görə, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində 11–12 iyun tarixlərində Şəki və Lənkəran şəhərlərindən 2 500-ə yaxın məktəbli Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” tamaşalarını izləyəcək.

Bununla yanaşı, layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR