Bank Of Baku

Müəllimlərin əməkhaqqısı ilə bağlı etirazlar yayılan Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib

Gəncə Dövlət Regional Kollecinin sabiq direktoru Xoşqədəm Xudiyeva

© APA | Gəncə Dövlət Regional Kollecinin sabiq direktoru Xoşqədəm Xudiyeva

# 20 avqust 2026 10:14 (UTC +04:00)

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR