Bank Of Baku

AMB “CFİ Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

AMB “CFİ Financial İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib
# 20 avqust 2026 10:05 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib.

"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, şirkətdə aparılmış tematik yoxlama çərçivəsində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən edilib. Bununla əlaqədar investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 416-cı maddəsi qiymətli kağızlar bazarında lisenziyalaşdırılan fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edir. Məcəllənin 416.0.1-ci maddəsi isə konkret olaraq investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasını nəzərdə tutur.

Xatırladaq ki, 2024-cü ilin oktyabr ayının 2-də “Az-Finance İnvestisiya Şirkəti” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “CFI Financial Group Holding” və İlqar Rüstəmbəyli tərəfindən satın alınıb və adı dəyişdirilərək “CFİ Financial İnvestisiya Şirkəti”nə çevrilib. 2025-ci ildə isə şirkətin səhmlərinin 100%-lik hissəsi “CFI Financial Group Holding Limited” şirkətinə məxsus olub. Hazırda investisiya şirkətinin İdarə Heyətinin sədri Pərvanə Qasımovadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR