Bank Of Baku

Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski,  Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev

© APA | Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev

# 14 sentyabr 2026 13:05 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.

Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.

Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR