Bank Of Baku

Mərkəzi Bankda yeni şöbə yaradılıb, departamentin adı dəyişib

Mərkəzi Bankda yeni şöbə yaradılıb, departamentin adı dəyişib
# 14 sentyabr 2026 10:10 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub.

APA-Economics” xəbər verir ki, yeni Əsasnaməyə əsasən, departament bank və sığorta şirkətlərində bazar davranışlarına birbaşa nəzarət edəcək, yoxlama və monitorinqlər aparacaq, risk profillərini müəyyənləşdirəcək və test məqsədli alışlar həyata keçirəcək.

Departamentə əvvəlki kimi Tamerlan Əliyev rəhbərlik edir.

Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi müstəqil şöbəyə çevrilib. Şöbəyə III “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli əvvəlki qaydada rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR