Ukraynanın Antiinhisar Komitəsi SOCAR-ın fəaliyyətində nöqsanlar aşkarlayıb

Ukraynanın Antiinhisar Komitəsi SOCAR-ın fəaliyyətində nöqsanlar aşkarlayıb
# 24 mart 2016 10:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukraynanın Antiinhisar Komitəsi WOG, OKKO, "Shell" və SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) işində nöqsanlar aşkarlayıb.

"APA-Economics" Ukrayna KİV-ə istinadən xəbər verir ki, adıçəkilən YDM rəqəbatdən yayınmaq üçün istehlakçıya təqdim olunan yanacağın qiymətini qaldırıb.

Komitənin yaydığı məlumatda deyilir ki, məntəqələrdə yanacağın qiyməti qanunvericiliyin tələbi nəzərə alınmadan təyin olunur.

"Qiymət artımı 19-21 mart tarixlərində qeyd alınıb. İqtisadi rəqabət qanunvericiliyinin tələbələrinin pozulması faktı ilə WOG, OKKO, "Shell" və SOCAR barəsində müvafiq tədbirlər görüləcək", - deyə komitənin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR