Pirallahıda 3 otaqlı, Mingəçevirdə 2 otaqlı ev yanıb

Pirallahıda 3 otaqlı, Mingəçevirdə 2 otaqlı ev yanıb
# 20 yanvar 2016 02:55 (UTC +04:00)

Bakı-APA. Pirallahı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Pirallahı rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan bir mərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə evin çardağına yığılmış 2 kub.m. taxta materiallar yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR