Azərbaycanın İstanbuldakı baş konsulu “Nuri Killigil” kitabının müəllifini qəbul edib

Azərbaycanın İstanbuldakı baş konsulu “Nuri Killigil” kitabının müəllifini qəbul edib
# 27 sentyabr 2016 16:29 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev “Nuri Killigil” kitabının müəllifi Atilla Oralı qəbul edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, baş konsula kitabını imzalayaraq təqdim edən A. Oral kitabın hazırlanma prosesi barədə ətraflı danışıb. Nuri paşa ilə bağlı çalışmalarını davam etdirəcəyini vurğulayan A. Oral, baş konsul M. Hacıyevi sentyabrın 28-də Ədirnəkapı şəhidliyindəki mərasimə dəvət edib. M. Hacıyev mərasimdə iştirak etməyi planlaşdırdığını söyləyib.


Görüşdə iştirak edən İstanbul bələdiyyəsinin muzey və kitabxanalar müdiri Ramazan Mindər isə kitabxanaçılıq və muzey işi sahəsində iki qardaş ölkə arasındakı əlaqələrin gücləndirilməsi istiqamətində görülə biləcək işlərdən danışaraq ən geniş şəkildə əməkdaşlığa hazır olduqlarını bildirib. Azərbaycanın muzey və kitabxanalarının dünya ölkələri ilə geniş əməkdaşlıq etməsinə dair ölkə prezidentinin müvafiq sərəncamı olduğunu xatırladan baş konsul M. Hacıyev R. Mindərin təklifini əlaqədar qurumlara çatdıracağını və bu sahədəki əlaqələrin inkişafı üçün Baş Konsulluğun lazımi dəstəyi verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR