FED: Uçot dərəcəsi mərhələli şəkildə artırılacaq

FED: Uçot dərəcəsi mərhələli şəkildə artırılacaq
# 12 iyul 2016 08:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra Federal Ehtiyatlar Sisteminin (FED) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Kanzas ştatının FED rəhbəri Ester Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib. "Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam. Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabətqabiliyyətli olduğunu sübut etdi", - deyə E. Corc qeyd edib.

FED rəsmisi əmək bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb: "İşsizliyin səviyyəsi normaya olduqca yaxındır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR