Tovuzda oğurluq edən Qazax sakini saxlanılıb

Tovuzda oğurluq edən Qazax sakini saxlanılıb
# 24 oktyabr 2015 15:16 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda oğurluq edən Qazax rayon sakini saxlanılıb.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Tovuz rayonunun Ağdam kənd sakini Niyazi Həmidov evinə oğru girməsi barədə rayon polis şöbəsinə məlumat verib.

Aparılan əməliyyat tədbirləri nəticəsində Qazax rayonunun Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Səbuhi Ocaqverdiyev şübhəli şəxs kimi saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, S. Ocaqverdiyev Ağdam kəndində əvvəlcə Münasibət İsmayılovanın evinə girib. Oradan qızıl sırğa, bir neçə mobil telefon nömrə və yaddaş kartı aparıb. Sonra isə əvvəllər bir yerdə çoban işlədikləri Niyazi Həmidovun evinə daxil olub. Mənzili axtarsa da oradan heç nə tapa bilməyən S. Ocaqverdiyev başqa adla ev sahiblərini təhqir edən cümlələr yazaraq məktubu masanın üzərinə qoyub.

Əməlini etiraf edən S. Ocaqverdiyev ikinci dəfə ailə qurduğu xanımın xəstə olduğu üçün bunu etdiyini bildirib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR