Bakı. Hafiz Heydərov – APA. Bakıda silah alverçisi tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Axundov Biləcəri qəsəbəsi ərazisində “Revolver” tipli nömrəsi silinmiş tapançanı 1000 manata satarkən saxlanılıb.