Banqladeşdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 29-a çatıb

Banqladeşdə zavodda  baş verən partlayış nəticəsində ölənlərin sayı 29-a çatıb
# 11 sentyabr 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Banqladeşin paytaxtı Dəkkə şəhəri yaxınlığında fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 29-a çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin qeydə alındığı “Tempako” qablaşdırma zavodunda keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı daha 4 nəfərin meyiti aşkarlanıb.

Daha 10 nəfər itkin düşmüş hesab edilir. Bundan əvvəl 25 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi. Rəsmi qurumların məlumatına görə, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR