FED nümayəndəsi: "İyunda faiz artımı üçün əlverişli şərait yaranacaq"

FED nümayəndəsi: "İyunda faiz artımı üçün əlverişli şərait yaranacaq"
# 20 may 2016 07:54 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın Riçmond ştatının Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cefri Lakerin (Jeffrey Lacker) proqnozuna görə, iyun ayında FED uçot dərəcəsini artıracaq.

"APA-Economics" xəbər verir ki, C. Laker öz proqnozlarını "Bloomberg" agentliyi ilə bölüşüb: "FED-in aprel ayında keçirilən iclasında da mən faiz artımının lehinə səs vermişdim. Lakin FED rəhbərliyi bununla bağlı yekdil qərara gələ bilmədi. Hesab edirəm ki, iyunda faiz artımı üçün daha əlverişli şərait yaranacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR