Nitsada hücumdan sonra polis xüsusi əməliyyat keçirir

Nitsada hücumdan sonra polis xüsusi əməliyyat keçirir
# 15 iyul 2016 01:38 (UTC +04:00)

Bakı-APA. Fransanın Nitsa şəhərində törədilən hücumdan sonra polis xüsusi əməliyyat keçirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polis idarəsinin məlumatında bildirilir.

“Polis əməliyyatı keçirilir. Əgər siz “İngilis bulvarı” adlanan ərazidə yaşayırsınızsa, evinizdə qalın, rəsmi qurumların göstərişlərinə əməl edin”, - deyə polisin məlumatında bildirilir.

Son məlumata görə, Nitsa şəhərində törədilən hücum nəticəsində azı 73 nəfər ölüb, 120-dən çoxu yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR