Dünyanın ən iri çəhrayı brilyantı Cenevrədə hərracda rekord qiymətə satılıb

Dünyanın ən iri çəhrayı brilyantı Cenevrədə hərracda rekord qiymətə satılıb
# 18 may 2016 03:00 (UTC +04:00)

Bakı-APA. 15,38 karat çəkisində olan dünyanın ən iri "Unique Pink" (“Unikal Çəhrayı”) çəhrayı brilyantı Cenevrədə “Sotheby's” hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib.

“Bu yeni dünya rekordudur... Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir”, - deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir.

Qeyd edək ki, brilyant “Sotheby's” hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib.

Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın “Cora International” şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR