Şabran sakininə qarşı xuliqanlıq edən iki nəfər saxlanılıb

Şabran sakininə qarşı xuliqanlıq edən iki nəfər saxlanılıb
# 01 sentyabr 2016 10:28 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayon sakininə qarşı xuliqanlıq edən iki nəfər saxlanılıb.

APA-nın şimal bürosuna verilən məlumata görə, rayonun Uzunboyad kənd sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Əsdulla Həsənbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şabran rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Əsədullayevə qarşı xuliqanlıq edən iki nəfər saxlanılıb. Onlar əvvəllər məhkum olunmuş 1987-ci ilə təvəllüdlü Məcidov Şövkət Şamil oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Atabal Nizami oğludur.


Faktla bağlı Şabran RPŞ-də zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR