Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
# 07 yanvar 2016 09:51 (UTC +04:00)

Bakı - APA. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR