Dilçilik İnstitutu: Rayonlarda küçə reklamları ilə bağlı vəziyyət bərbaddır

Dilçilik İnstitutu: Rayonlarda küçə reklamları ilə bağlı vəziyyət bərbaddır
# 09 mart 2016 12:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. "Azərbaycan dili reklamlarda statusunu qoruyub saxlaya bilmir". Bunu Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli reklamların dili ilə bağlı elmi-praktik konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, rayonlarda küçə reklamları ilə bağlı vəziyyət daha bərbaddır: “Rayonlardan birində küçə reklamında yazılıb ki, “Xahiş olunur, zibil atmaq qəti qadağandır”. Halbuki bu gözəl niyyəti gözəl üslubla etmək olardı”.

Şöbə müdiri əlavə edib k, Dilçilik İnstitutunun “qaynar xətt”i insanların dilə olan münasibətini dəyişməlidir.

Dilçilik İnstitutunun əsas elmi işçisi Sevinc Məmmədova bildirib ki, dublyaj olunan televiziya reklamlarının dili bərbaddır.

Dilçilik İnstitutunun aparıcı elmi işçisi Rasim Heydərov qeyd edib ki, reklamı hazırlayan şəxslər dili bilmirlər: “Reklamlardan başqa afişalarda da üslub problemləri mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR