Prezident İlham Əliyev Yalama kəndində Heydər Əliyev adına parkla tanış olub

Prezident İlham Əliyev Yalama kəndində Heydər Əliyev adına parkla tanış olub
# 08 sentyabr 2016 12:13 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, məlumat verilib ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Heydər Əliyevin büstü ucaldılıb.

Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR